—

İstanbulda təyyarə qəzasında ölü və yaralıların sayı artdı - FOTO - VİDEO

1,552
İstanbulda təyyarə qəzasında ölü və yaralıların sayı artdı - FOTO - VİDEO
Dinləmək üçün basın

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə nаziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 179nəfərə çatıb. Hadisə zamanı təyyarədə ümumilikdə 184 nəfər olub.

Xatırladaq ki, hadisə dünən baş verib. İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib.

Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →