Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsindən çıxarıldığı ehtimal edilir.
InterPress.ge xəbər verir ki, penitensiar müəssisənin maşını artıq cəzaçəkmə müəssisini tərk edib.
Qeyd edək ki, Mixeil Saakaşvilinin köçürülməsi planlaşdırılan “Vivamedi” klinikasının ərazisinə sarı lent çəkilib.
