—

Mixeil Saakaşvili xəstəxanaya köçürülmədiyini açıqladı

492
Mixeil Saakaşvili xəstəxanaya köçürülmədiyini açıqladı
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili deyib ki, həbsxana həkimləri narahatdırlar və hamı onun “müvəqqəti də olsa, dərhal xəstəxanaya aparılması" ilə razılaşır.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili deyib ki, həbsxana həkimləri narahatdırlar və hamı onun “müvəqqəti də olsa, dərhal xəstəxanaya aparılması" ilə razılaşır.

InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvili Facebook səhifəsində məlumat paylaşıb.

Saakaşvilinin məktubunda yazdığına görə, “nə Qldani, nə də Qori onun köçürülmə yeri ola bilməz”.

 “Həbsxana qarşısına gələn hər kəsə təşəkkür edirəm.

Dostlar, mən bu gün xəstəxanaya köçürülməmişəm. Səhhətimə gəlincə, həbsxananın həkimləri narahatdırlar və hamısı razılaşır ki, məni təcili, hətta müvəqqəti də olsa, real müalicə alana qədər xəstəxanaya aparmalıyam, amma bu, nə Qldani, nə də Qori ola bilər ki, burada mən fiziki və psixoloji zorakılığa məruz qaldım və bu zorakılıq indiki vəziyyətimlə nəticələndi.

Cəmiyyətin həmrəyliyinə görə çox minnətdaram, Batumidə saxlanılan insanlara görə kədərlənirəm. Beynəlxalq ictimaiyyətin mənəvi dəstəyinə görə də minnətdaram. Ümid edirəm ki, bütün bunlar öz nəticəsini verəcək”, - Saakaşvili yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →