—

Türkiyə İraqın şımalındakı terror yuvalarını məhv edib

637
 Türkiyə İraqın şımalındakı terror yuvalarını məhv edib
Dinləmək üçün basın

Türkiyə Milli Müdafiə Nazirliyi, terror təşkilatı olan PKK-ya qarşı "Pəncə-Qartal" əməliyyatının başlandığını və döyüş təyyarələrinin terrorçuların yuvalarını məhv etdiyini bəyan edib.

Türkiyə Milli Müdafiə Nazirliyi, terror təşkilatı olan PKK-ya qarşı "Pəncə-Qartal" əməliyyatının başlandığını və döyüş təyyarələrinin terrorçuların yuvalarını məhv etdiyini bəyan edib.

İnterpress xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, İraqın şimalında yerləşən və terrorçular tərəfindən baza olaraq istifadə edilən Sincar, Karacak, Kandil, Zap, Avasin Basyan və Hakurkda yerləşən terror yuvalarına qarşı hava əməliyyatının keçirildiyini bildirilib.

Son vaxtlar PKK terror təşkilatı tərəfindən polis bölmələri və hərbi hissələrə qarşı təcavüz və hücum cəhdlərinin artdığı qeyd edilib:

"Xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təhdid edən PKK və digər terror ünsürlərini zərərsizləşdirmək məqsədi ilə təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqdan irəli gələn qanuni özünümüdafiə hüquqlarımıza uyğun olaraq İraqın şımalında yerləşən və terrorçular tərəfindən baza olaraq istifadə edilən Sincar, Karacak, Kandil, Zap, Avasin Basyan və Hakurk bölgəsindəki terror yuvalarına qarşı hava əməliyyatları həyata keçirilməkdədir".

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Baş Qərargah Rəisi Yaşar Gülər və digər hərbi vəzifəli şəxslər əməliyyatların gedişini Hərbi Hava Qüvvələrinin Əməliyyat Mərkəzindən izləyib və idarə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →