—

ABŞ Gürcüstana 35 milyon dollar ayıracağını bildirdi

447
ABŞ Gürcüstana 35 milyon dollar ayıracağını bildirdi
Dinləmək üçün basın

ABŞ Rusiyadan gələn təhlükəyə qarşı müdafiəsini gücləndirmək üçün Gürcüstana 35 milyon dollar verəcək.

ABŞ Rusiyadan gələn təhlükəyə qarşı müdafiəsini gücləndirmək üçün Gürcüstana 35 milyon dollar verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Məlumata görə, bu məbləğ ABŞ-ın Rusiya müharibəsinə cavab olaraq Ukraynaya hərbi yardımının bir hissəsidir.

713 milyon dollarlıq xarici hərbi maliyyənin (FMF) 322 milyon dolları Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə sərf olunacaq. Bu məbləğin qalan hissəsi isə, Balkanlarda, Mərkəzi və Şərqi Avropa ölkələrində paylanacaq.

“Gürcüstan döyüş texnikası briqadası, pilotsuz uçuş aparatı sistemi, təkmil səhra artilleriya taktiki məlumat sistemi, mobillik imkanları və kibermüdafiə daxil olmaqla 35 milyon dollar alacaq”, - deyə  “Amerikanın Səsi” nin eksklüziv bəyanatında bildirilib.

Məlumata əsasən, yeni hərbi yardım paketi aprelin 25-də Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Ukrayna prezidenti ilə görüşündən sonra məlum olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →