—

Gürcüstanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları Azərbaycan Respublikasının Qax rayonuna səfər ediblər

466
Gürcüstanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları Azərbaycan Respublikasının Qax rayonuna səfər ediblər
Dinləmək üçün basın

Aprelin 23-24-də Gürcüstanın səfiri Zurab Pataradze və səfirliyin əməkdaşları Azərbaycan Respublikasının Qax rayonuna səfər ediblər.

Aprelin 23-24-də Gürcüstanın səfiri Zurab Pataradze və səfirliyin əməkdaşları Azərbaycan Respublikasının Qax rayonuna səfər ediblər.

InterPress.ge xəbər verir ki, Zurab Pataradze Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkəliyevlə görüşüb, burada iki ölkənin regionları arasında əməkdaşlığın perspektivləri və soydaşlarla bağlı məsələlər müzakirə olunub.

Səfər zamanı Gürcüstanın səfiri Qax rayonunda Heydər Əliyev Fondu tərəfindən tikilmiş yeni Mədəniyyət evinə baxmış, gürcü işçiləri və "Şvidkatsa" ansamblının rəhbərliyi ilə söhbət etmişdir.

Aprelin 23-də səfirliyin nümayəndələri ilə soydaşlarımız arasında görüş keçirilmiş, konsulluq məsələləri ilə bağlı əhali ilə məsləhətləşmələr aparılmışdır. Onlara, həmçinin Gürcüstan-Azərbaycan quru sərhədində kovid qaydalarına görə tətbiq edilən məhdudiyyətlər kontekstində həmvətənlərə səmərəli köməklik göstərmək məqsədilə səfirlik tərəfindən həyata keçirilən və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Həmçinin səfər çərçivəsində səfirliyin təşəbbüsü ilə növbəti humanitar aksiya həyata keçirilib və əhaliyə ərzaq bağlamaları verilib.

Aprelin 23-də səfir Zurab Pataradze və səfirliyin əməkdaşları Qax şəhərindəki Müqəddəs Qiorqi kilsəsində Pasxa bayramına həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →