—

Gürcüstan prezidenti Emmanuel Makronu təbrik etdi

463
Gürcüstan prezidenti Emmanuel Makronu təbrik etdi
Dinləmək üçün basın

Gürcüstan prezidenti Salome Zurabişvili Emmanuel Makronu seçkilərin ikinci turunda qələbəsi münasibətilə təbrik edib.

Gürcüstan prezidenti Salome Zurabişvili Emmanuel Makronu seçkilərin ikinci turunda qələbəsi münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, o, təbrik məktubunu sosial şəbəkədə paylaşıb.

Zurabişvilinin sözlərinə görə, Makronun qələbəsi ilə Avropa, o cümlədən Gürcüstan və Ukrayna qalib gələcək.

“Təbrik edirəm, cənab Makron, Fransa sizinlə qalib gəldi! Avropa qalib gəlir, biz qalib gəlirik, biz gürcülər və ukraynalıların güclü, ləyaqətli Avropaya ehtiyacı var, Rusiya onu ala bilməyəcək, sındıra bilməyəcək və hörmət etməyə borclu olacaq!” – Zurabişvili yazıb.

Makronun qələbəsini müxtəlif ölkələrin liderləri və təşkilatın liderləri, o cümlədən Böyük Britaniyanın Baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula fon der Leyen təbrik edib.

Xatırladaq ki, ilkin məlumatlara görə, Fransada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Emmanuel Makron liderdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →