—

Azərbaycanın Dövlət Komitəsinin sədri postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələri açıqlayıb

484
Azərbaycanın Dövlət Komitəsinin sədri postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələri açıqlayıb
Dinləmək üçün basın

"Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura, ilk növbədə, lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri…

"Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura, ilk növbədə, lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar".

InterPress.ge xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, qarşımızda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiya gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas problemlərdəndir: "Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısı Qarabağın quruculuğuna yönəlməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların bura - Azərbaycana sərmayə qoymasıdır.

Bunun üçün müvafiq dövlət qurumları ilə birgə əməli işlərə başlanıb. Prezident İlham Əliyevin dediyi kimi, “bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”. 2020-ci ildə “YAŞAT” Fondu ilə Dövlət Komitəsinin birgə reallaşdırdığı həyati vacib əhəmiyyətli “Xeyriyyə Marafonu”nun davamı olaraq Qarabağ Dirçəliş Fondu ilə yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan diasporu bu təşəbbüsə dəstək göstərməklə azad olunmuş tarixi memarlıq abidələrimizin bərpasına öz imzasını atacaq, həmin xeyriyyəçiliyi göstərən lövhə burada həkk olunacaq".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →