—

Marneulidə Gürcüstan-Amerika diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş tədbir keçirildi

457
Marneulidə Gürcüstan-Amerika diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş tədbir keçirildi
Dinləmək üçün basın

Marneuli Amerika guşəsinin təşkilatçılığı, Mədəniyyət Mərkəzinin və İctimai Kitabxananın dəstəyi ilə Gürcüstan-Amerika diplomatik əlaqələrinin 30 illiyinə və Marneuli Amerika guşəsinin bir illiyinə həsr olunmuş tədbir…

Marneuli Amerika guşəsinin təşkilatçılığı, Mədəniyyət Mərkəzinin və İctimai Kitabxananın dəstəyi ilə Gürcüstan-Amerika diplomatik əlaqələrinin 30 illiyinə və Marneuli Amerika guşəsinin bir illiyinə həsr olunmuş tədbir keçirilib.

lnterPress.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsi məlumat yayıb.

Məlumata görə, tədbir çərçivəsində gənclər üçün viktorina təşkil olunub. Amerika guşəsinin qaliblərinə və fəal iştirakçılarına simvolik hədiyyələr verilib.

Tədbirdə Marneuli Bələdiyyəsi merinin müavini Temur Şubitidze, ABŞ səfirliyinin ictimai diplomatiya üzrə məsul əməkdaşı Altia Koli-Merfi, ABŞ Kosmik Koordinatoru Qiorqi Qabunia və dəvət olunmuş qonaqlar iştirak ediblər.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →