—

Ağ Ev: ABŞ Ukraynaya təhlükəsizlik sahəsində kömək etmək üçün 24 saat işləyir

296
Ağ Ev: ABŞ Ukraynaya təhlükəsizlik sahəsində kömək etmək üçün 24 saat işləyir
Dinləmək üçün basın

"ABŞ Ukraynaya təhlükəsizlik baxımından kömək etmək üçün 24 saat işləyir".

"ABŞ Ukraynaya təhlükəsizlik baxımından kömək etmək üçün 24 saat işləyir".

InterPress.ge xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.

“Biz ukraynalılar və ukraynalı hərbçilərlə işləyirik ki, müharibənin indiki mərhələsində dəqiq olaraq hansı növ təhlükəsizlik yardımına ehtiyac var. Bura artilleriya və döyüş sursatlarının tədarükünün artırılması daxildir”, – Ağ Evin sözçüsü bildirib.

Aprelin 19-da ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə artilleriya göndərməyə hazırlaşdığını açıqlayıb.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi CNN-ə bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya görünməmiş sürətlə silah tədarük etmək üçün sutkanın 24 saatı işləyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →