—

Tbilisi Şəhər Məhkəməsinin həyətində Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir

428
Tbilisi Şəhər Məhkəməsinin həyətində Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir
Dinləmək üçün basın

Tbilisi şəhər məhkəməsinin həyətində Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir. Partiyanın siyasi liderləri və “Mişa sektor” təşkilatının üzvləri “Azadlıq Mişa” pankartı açan “Milli…

Tbilisi şəhər məhkəməsinin həyətində Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir. Partiyanın siyasi liderləri və “Mişa sektor” təşkilatının üzvləri “Azadlıq Mişa” pankartı açan “Milli Hərəkat” tərəfdarları ilə birlikdədirlər.

lnterPress.ge xəbər verir ki, orada toplaşanların əllərində Gürcüstan və Ukrayna bayraqları var. 

 Mişa sektorunun nümayəndəsi Levan Merebaşvilinin qeyd etdiyinə görə, mitinqin iki əsas tələbi Mixail Saakaşvilinin azadlığa buraxılması və ona müvafiq tibbi yardımın göstərilməsi olub.

“Ölkəni quran Gürcüstanın üçüncü prezidentinin sərhədi qanunsuz keçməkdə ittiham edilməsi sinizmdir. Bu, yüz minlərlə Rusiya vətəndaşının Gürcüstana daxil olması fonunda baş verir. Biz prezidentin azadlığa buraxılmasını tələb edirik, çünki onun həbsinin qanunla heç bir əlaqəsi yoxdur. Biz həmçinin lazımi tibbi yardım tələb edirik ki, bu da onun insan hüququdur”, - deyə Levan Merebaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →