—

Saxta sənədlə başqasının əmlakını dələduzluq yolu ilə ələ keçirən 1 nəfər saxlanıldı

772
Saxta sənədlə başqasının əmlakını dələduzluq yolu ilə ələ keçirən 1 nəfər saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta əmlakı təsdiq edən sənəd hazırlayan və başqasının külli miqdarda əmlakını…

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta əmlakı təsdiq edən sənəd hazırlayan və başqasının külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirən bir nəfəri saxlayıb.  

InterPress.ge xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə Diğomi kəndində əcnəbi vətəndaşa məxsus ümumi dəyəri 300 000 laridən çox olan 991 m2 torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə Dövlət Reyestrinin Milli Agentliyinə Bakı şəhərində aldığını qeyd edən notarius tərəfindən verilmiş saxta etibarnamə və saxta alqı-satqı müqaviləsi təqdim edib, beləliklə, torpağı öz adına rəsmiləşdirib.

Hazırda torpaq sahəsinə qadağa qoyulub.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək həbsi nəzərdə tutan 180-ci maddəsinin 3-cü hissəsi və 210-cu maddəsinin 2-ci hissəsi ilə araşdırma aparılır.

Bu cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →