—

Baş nazir: "Yeni layihəyə start verdik"

575
Baş nazir: "Yeni layihəyə start verdik"
Dinləmək üçün basın

Məcburi köçkünlər üçün yeni layihəyə start verilir və bu layihəyə əsasən, yaxın 3-4 ildə 13 minə qədər məcburi köçkün ailəsi yaşayış evləri ilə təmin olunacaq.

Məcburi köçkünlər üçün yeni layihəyə start verilir və bu layihəyə əsasən, yaxın 3-4 ildə 13 minə qədər məcburi köçkün ailəsi yaşayış evləri ilə təmin olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili bildirib.

Baş nazirin hökumətin iclasında qeyd etdiyinə görə, onların bir qismi “Kənd evi” layihəsi çərçivəsində yaşayış evləri ilə təmin olunacaq, bir qism məcburi köçkün üçün isə  yeni standart binalar tikiləcək.

“Minlərlə məcburi köçkünü qanuniləşdirilib evlərinə təhvil verməyimizə baxmayaraq, problem böyükdür. Minlərlə məcburi köçkünün hələ mənzili yoxdur, ona görə də biz genişmiqyaslı layihəyə başlayırıq - yaxın 3-4 ildə 13 minə qədər məcburi köçkün ailəsi mənzil alacaq -  bir hissəsi isə qanuniləşdiriləcək və 6 minə yaxın ailə “kənd evi” layihəsi çərçivəsində evlə təmin olunacaq. 7 min məcburi köçkün ailəsi üçün yeni standart binalar tikiləcək və müasir təmirli mənzillər onlara təhvil veriləcək. Kutaisidə 700 mənzilin tikintisi bu il başa çatdırılacaq və payızda məcburi köçkün ailələrinə təhvil veriləcək. Yazda Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi və Borjomidə yeni binaların tikintisinə başlanılacaq. Bu, 3-4 ilə başa çatacaq irimiqyaslı layihədir", - deyə  İrakli Ğaribaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →