—

XİN başçısı: "Azərbaycanın təklif etdiyi beş prinsipin Ermənistanın qəbul etməsi mühüm addımdır"

580
XİN başçısı: "Azərbaycanın təklif etdiyi beş prinsipin Ermənistanın qəbul etməsi mühüm addımdır"
Dinləmək üçün basın

“Azərbaycanın təklif etdiyi beş əsas prinsipin Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik”.

“Azərbaycanın təklif etdiyi beş əsas prinsipin Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: “Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip təklif edib”.

Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →