—

Bu cinayətə görə cəzalar ağırlaşdırılır

1,140
Bu cinayətə görə cəzalar ağırlaşdırılır
Dinləmək üçün basın

Gürcüstanda qətlə görə minimum həbs müddəti artırılacaq.

Gürcüstanda qətlə görə minimum həbs müddəti artırılacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı ölkənin Cinayət Məcəlləsinə dəyişikliklər ediləcək.

Parlamentin Hüquqi məsələlər üzrə Komitəsinin hazırladığı layihəyə əsasən, qəsdən adam öldürməyə görə azadlıqdan məhrum etmənin minimal müddəti 7 ildən 10 ilədək artırılır.

Komitə sədri Anri Oxanaşvili bildirib ki, sənəddə ağırlaşdırıcı hallarda qəsdən törədilən qətl cinayətinə görə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Qanun layihəsi komitənin gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →