—

Qardabani Bələdiyyəsində “Dövlət mülkiyyətində olan otlaqlara əlçatımlıq” proqramı ilə tanış olundu

655
Qardabani Bələdiyyəsində “Dövlət mülkiyyətində olan otlaqlara əlçatımlıq” proqramı ilə tanış olundu
Dinləmək üçün basın

Dayanıqlı Torpaq İdarəetmə və Torpaqdan İstifadə Monitorinqi üzrə Milli Agentliyin sədrinin birinci müavini Merab Kvaraia Qardabanidə bələdiyyə sədri, kənd qəyyumları və fermerlərin iştirakı ilə keçirilən işgüzar…

Dayanıqlı Torpaq İdarəetmə və Torpaqdan İstifadə Monitorinqi üzrə Milli Agentliyin sədrinin birinci müavini Merab Kvaraia Qardabanidə bələdiyyə sədri, kənd qəyyumları və fermerlərin iştirakı ilə keçirilən işgüzar görüşdə "dövlət mülkiyyətində olan otlaq sahələrinə əlçatımlıq" üzrə dövlət proqramının təfərrüatları, məqsədi və iştirak şərtləri ilə tanış olub.

InterPress.ge xəbər verir ki, bu barədə Qardabani Bələdiyyəsi məlumat yayıb.

Məlumata görə, hazırkı mərhələdə proqram çərçivəsində Agentlik tərəfindən Kvemo Kartli regionunda icarəyə veriləcək otlaqların ümumi sahəsi 6602 hektardır. Onlar haqqında məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin (www.mepa.gov.ge) və Agentliyin (www.land.gov.ge) internet saytlarında əldə etmək olar. Bu mərhələdə seçilmiş otlaq sahələrinin icarəyə verilməsi proqramında iştirak etmək üçün ərizə və ona əlavə olunmuş sənədlərin qəbulu başlayıb və aprelin 26-dək davam edəcək.

Xatırladaq ki, sözügedən proqram Gürcüstan hökuməti tərəfindən 6 oktyabr 2021-ci ildə qəbul edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →