—

Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 8 Banqladeş və 1 Türkiyə vətəndaşını saxladı

591
Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 8 Banqladeş və 1 Türkiyə vətəndaşını saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları “Vale” sərhəd sektorunun mühafizə bölməsində həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 8 Banqladeş və 1 Türkiyə Respublikası vətəndaşını…

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları “Vale” sərhəd sektorunun mühafizə bölməsində həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 8 Banqladeş və 1 Türkiyə Respublikası vətəndaşını Gürcüstanın dövlət sərhədini qeyri-qanuni keçməyə cəhd etdiyinə görə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Sərhəd Polisi yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək qanunsuz olaraq Gürcüstandan Türkiyə Respublikasına keçməyə cəhd ediblər.

Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə araşdırılır.

Cinayət 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →