—

Ukraynada öldürülən döyüşçü Davit Qobecişvili Gürcüstana gətirilib

461
Ukraynada öldürülən döyüşçü Davit Qobecişvili Gürcüstana gətirilib
Dinləmək üçün basın

Ukrayna-Rusiya müharibəsində həlak olan döyüşçü Davit Qobecişvilinin nəşi səhər saatlarında Gürcüstana gətirilib.

Ukrayna-Rusiya müharibəsində həlak olan döyüşçü Davit Qobecişvilinin nəşi səhər saatlarında Gürcüstana gətirilib.

InterPress.ge xəbər verir ki, vətəndaşlar, o cümlədən mülki sektor və müxalifət nümayəndələri həlak olan qəhrəmanın xatirəsini ehtiramla yad etmək üçün hava limanında olublar.

Gürcü döyüşçünün nəşi bu gün saat 12:00-da Kaşueti kilsəsinə, oradan isə Dğibuliyə aparılacaq.  Həlak olan döyüşçü bazar günü Dğibulidə dəfn ediləcək.

Xatırladaq ki, Davit Qobecişvili Rusiyanın raket hücumu nəticəsində həlak olan 4-cü gürcü hərbçisidir.  Bundan əvvəl gürcü döyüşçüləri Qia Beriaşvili, Davit Ratiani və Baxva Çikobava Rusiya təcavüzünün qurbanı olublar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →