—

Tbilisi Dövlət Tibb Universiteti Ukraynaya humanitar yardım göndərdi

525
Tbilisi Dövlət Tibb Universiteti Ukraynaya humanitar yardım göndərdi
Dinləmək üçün basın

Tbilisi Dövlət Tibb Universiteti xeyriyyə humanitar aksiyası çərçivəsində toplanan əşyaları Ukraynaya göndərib.

Tbilisi Dövlət Tibb Universiteti  xeyriyyə humanitar aksiyası çərçivəsində toplanan əşyaları Ukraynaya göndərib. 

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universiteti məlumat yayıb.

Onların sözlərinə görə, Tbilisi Dövlət Tibb Universitetinin tələbələri və rəhbərliyinin təşəbbüsü ilə 2022-ci il martın 2-də Ukrayna vətəndaşlarına kömək məqsədilə xeyriyyə humanitar aksiyası başlayıb və bu aksiya zamanı əsas əşyalar, dərmanlar, geyimlər, ərzaqlar toplanaraq Ukraynaya göndərilib.

"Xeyriyyə tədbirinə TSMU-nun akademik, inzibati və yardımçı heyəti, tələbələr, rezidentlər, tədqiqatçılar və TSMU klinikaları qatılıb. Bundan əlavə, diqqətəlayiq haldır ki, Tbilisi Dövlət Tibb Universiteti və İnqorokva Universitetinin Yüksək Tibb Texnologiyaları Tibb Klinikası Ukrayna vətəndaşları üçün  fədakarcasına qan donorluğu həyata keçirir ”,- deyə məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →