—

Nazir: “Azərbaycandan aldığımız qazın qiymətinin sabit qalacağını gözləyirik”

336
Nazir: “Azərbaycandan aldığımız qazın qiymətinin sabit qalacağını gözləyirik”
Dinləmək üçün basın

“Bu gün biz şərtlərimizin pisləşəcəyini gözləmirik və ölkəmizi sabit qiymətli təbii qazla təmin edə biləcəyimizi düşünürük”.

“Bu gün biz şərtlərimizin pisləşəcəyini gözləmirik və ölkəmizi sabit qiymətli təbii qazla təmin edə biləcəyimizi düşünürük”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili “Birinci kanal”ın efirində deyib.

Nazirin sözlərinə görə, Gürcüstan tərəfdaş və tədarükçü ölkə olan Azərbaycana hörmətlə yanaşır: “Vəziyyət əks istiqamətə doğru dəyişsə belə, biz daha uzunmüddətli və sabit müqavilələrə sadiq qalırıq. Azərbaycanla əməkdaşlığımız birdəfəlik deyil və bir ilə əsaslanmayıb. Bu, çoxillik, strateji və uzunmüddətli əməkdaşlıq formatıdır. Hesab edirik ki, dost ölkələrlə düzgün, yaxşı ünsiyyət və koordinasiya ilə ölkəmizi bu əsas enerji daşıyıcısı ilə sabit qiymətlə təmin edə biləcəyik”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →