—

Zelenski: “Rusiya ordusunun 16 mindən çox hərbçisi ölüb”

289
Zelenski: “Rusiya ordusunun 16 mindən çox hərbçisi ölüb”
Dinləmək üçün basın

“Rusiya aparılan danışıqların şərtləri ədalətli olmalıdır, Ukrayna xalqı başqalarını qəbul etməyəcək”.

“Rusiya aparılan danışıqların şərtləri ədalətli olmalıdır, Ukrayna xalqı başqalarını qəbul etməyəcək”.

InterPress.ge-nin xəbərinə görə bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Prezident xatırladıb ki, bu müharibədə Rusiyanın itkilərinin sayı artıq yüksək rütbəli komandirlər də daxil olmaqla 16 min nəfəri keçib.

“Hələlik öldürülən Rusiya ordusunun general-polkovniki və ya admiralları ilə bağlı heç bir məruzə edilməyib. Amma artıq korpus komandiri və Qara Dəniz Donanması komandirinin müavini var. Biz danışmalıyıq. Mənalı danışmalıyıq. Təcili. Vicdanla. Həm də nəticə naminə, vaxt itirmək üçün deyil. Artıq Rusiya ordusunun 16 mindən çox hərbçisi ölüb. Nə üçün? Bu kimə nə verir?”, - Ukrayna dövlət başçısı bildirib.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda, Donbassda, Xarkov istiqamətində, Kiyev vilayətində hücumlara qarşı mübarizəni davam etdirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →