—

Vladimir Jirinovskinin ölmədiyi açıqlandı - YENİLƏNİB

1,309
Vladimir Jirinovskinin ölmədiyi açıqlandı - YENİLƏNİB
Dinləmək üçün basın

“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçib. Biz ondan narahatıq, həkimlər onun üçün…

“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçib. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır”.

InterPress.ge xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqramda yazıb.

Qeyd edək ki, onun ölümü barədə məlumat yayan senator A.Pronyuşkin isə teleqramdakı müvafiq qeydini silib. 

13:04***

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.

InterPress.ge "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.

Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib. 

Qeyd edək ki, daha öncə "Mash" teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →