—

Aİ Ukraynanın bərpası üçün fond yaradır

378
Aİ Ukraynanın bərpası üçün fond yaradır
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş Ukraynanın bərpası üçün xüsusi fond yaratmağa söz verib.

Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş Ukraynanın bərpası üçün xüsusi fond yaratmağa söz verib.

 lnterPress.ge xəbər verir ki, müvafiq məlumat Aİ-nin saytında dərc olunub.

“Rusiyanın hərbi təcavüzünün Ukraynaya vurduğu dağıntıları və böyük ziyanı nəzərə alaraq, Avropa İttifaqı dövlətin təcili ehtiyaclarının ödənilməsində və müharibədən sonra demokratik Ukraynanın bərpasında Ukrayna hökumətini dəstəkləməyə hazırdır. Bu məqsədlə Aİ Etimad Fondunun yaradılmasına razılıq verir və beynəlxalq tərəfdaşları iştiraka dəvət edir”, -  deyə bəyanatda bildirib.

Ukrayna mətbuatı xəbər verir ki, ölkənin maliyyə naziri Sergey Marçenko hesab edir ki, Ukrayna müharibə səbəbindən ÜDM-in 1/3 hissəsini itirəcək. O, 2022-ci ildə ölkə iqtisadiyyatına birbaşa zərərin təxminən 62 milyard dollar olacağını, gələcək xərclərin isə 1 trilyon dolları keçəcəyini bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →