—

Tbilisidə yanacağın qiymətinin artırılmasına qarşı aksiya planlaşdırılır

651
Tbilisidə yanacağın qiymətinin artırılmasına qarşı aksiya planlaşdırılır
Dinləmək üçün basın

Bazar günü, martın 27-də Tbilisinin Respublika meydanında yanacağın qiymətinin artırılmasına qarşı aksiya planlaşdırılır.

Bazar günü, martın 27-də Tbilisinin Respublika meydanında yanacağın qiymətinin artırılmasına qarşı aksiya planlaşdırılır.

InterPress.ge xəbər verir ki, aksiya Facebook sosial şəbəkəsində “Yanacağın qiymətindən imtina” adlı qrupda planlaşdırılıb.

Aksiya təşkilatçılarından  Avtandil Lolaşvili bildirib ki, aksiyanın iki əsas tələbi var:

Hazırda litr üçün 38 tetri olan aksiz vergisi ləğv edilsin;
Əlavə Dəyər Vergisi (ƏDV) mövcud 18%-dən 10%-ə endirilsin;

“Hökumət bu işdə yeganə tənzimləyicidir, ona görə də tələblərimizin ünvançısıdır.  Bu dəyişikliklər yanacağın qiymətini 90 tetri və daha çox aşağı sala bilər. Biz dünya bazarında yanacağın qiyməti sabitləşənə qədər müvəqqəti olaraq bu mexanizmləri tələb edirik. Hökumətdən bir müddət bizə köməklik etməyi xahiş edirik", - Lolaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →