—

Milli Qida Agentliyi Rustavidə mənşəyi məlum olmayan ət aşkar edib

438
Milli Qida Agentliyi Rustavidə mənşəyi məlum olmayan ət aşkar edib
Dinləmək üçün basın

Milli Qida Agentliyinin Kvemo Kartli müfəttişləri bildiriş əsasında Rustavi şəhərinin Qori küçəsinin yaxınlığında yerləşən ət və ət məhsulları istehsalı müəssisəsində "Cikara" da plandankənar yoxlamalar aparıblar.

Milli Qida Agentliyinin Kvemo Kartli müfəttişləri bildiriş əsasında Rustavi şəhərinin Qori küçəsinin yaxınlığında yerləşən ət və ət məhsulları istehsalı müəssisəsində "Cikara" da plandankənar yoxlamalar aparıblar.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyindən məlumat verilib.

Məlumata görə, dövlət nəzarəti nəticəsində müəssisədə sanitar-gigiyena normalarının kobud şəkildə pozulması müəyyən edilib digər kritik uyğunsuzluqlar və yarım tondan çox mənşəyi məlum olmayan ət və ət məhsulları aşkar edilib.

“Agentliyin səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb: sahibkarlıq subyekti cərimələnib və kritik uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb; möhürlənmiş qidalar Agentliyin səlahiyyətli şəxslərinin nəzarəti altında məhv ediləcək.

İstehlakçıların hüquqlarını və sağlamlığını qorumaq üçün Milli Qida Agentliyi bütün Gürcüstan ərazisində gündəlik olaraq dövlət nəzarətini həyata keçirir. İstər planlı, istərsə də plandankənar yoxlamalar qaynar xəttə daxil olan bildirişlər əsasında aparılır. Qanun pozuntusu aşkar edildikdə, istənilən şəxs 1501 qaynar xəttinə məlumat verə bilər”, - deyə məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →