—

Zelenski Ukraynada müharibəyə son qoymaq üçün diplomatik addımlardan danışıb

403
Zelenski Ukraynada müharibəyə son qoymaq üçün diplomatik addımlardan danışıb
Dinləmək üçün basın

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş dövlətlərin parlamentləri qarşısında çıxışını davam etdirmək niyyətində olduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş dövlətlərin parlamentləri qarşısında çıxışını davam etdirmək niyyətində olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, o, bu barədə Telegram-da yaydığı videomüraciətində deyib.

"Mən mütləq parlamentlərdə və tərəfdaş dövlətlərin meydanlarında çıxışımı davam etdirəcəm. Nə qədər ki, müharibəni dayandırmaq, ərazi bütövlüyümüzü bərpa etmək, hamımıza, ukraynalılara və bütün avropalılara arzu olunan sülhü qaytarmaq lazımdır. Mən Avropada, dünyada, müxtəlif ölkələrdə getdikcə daha çox başa düşülməyə və eşitməyə başladığımızı hiss edirəm. Bu, bizə uzun müddətdir istədiyimiz dəstəyi getdikcə daha çox verir”, - Zelenski vurğulayıb.

O qeyd edib ki, dünya dövlətlərinin liderləri ilə danışıqları davam etdirir. Zelenski xüsusən Ukraynanın müdafiəsinin gücləndirilməsi, sülhə doğru birgə addımların əlaqələndirilməsi barədə danışdığı Fransa prezidenti Emmanuel Makrona təşəkkür edib.

Zelenski həmçinin ABŞ Prezidenti Cozef Baydenə Ukraynaya yeni və effektiv dəstəyinə görə minnətdarlıq edib.

“Mən sizə bu dəstək paketinin və digərlərinin bütün təfərrüatlarını verə bilmərəm, çünki düşmən bizdən nə gözlədiyini bilmədiyi zaman bu bizim taktikamız və müdafiəmizdir... Və bu, 22 gündür bizə tam miqyaslı zərbədən müdafiə olunmağa imkan verir. Bir neçə il ərzində müdafiəmiz, taktikamız, müdafiə taktikamız üçün gördüklərimizin hamısını müharibə davam edərkən üzə çıxarmaq vaxtı deyil”, - Prezident vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →