—

Ukraynalı tələbələr Gürcüstan məktəblərinə sadələşdirilmiş qaydada qəbul olunacaqlar

383
Ukraynalı tələbələr Gürcüstan məktəblərinə sadələşdirilmiş qaydada qəbul olunacaqlar
Dinləmək üçün basın

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin qərarına əsasən, 2022-ci il fevralın 24-də Ukraynada baş vermiş hərbi əməliyyatlar nəticəsində ümumi təhsillərini Ukrayna məktəblərində davam etdirə bilməyən və…

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin qərarına əsasən, 2022-ci il fevralın 24-də Ukraynada baş vermiş hərbi əməliyyatlar nəticəsində ümumi təhsillərini Ukrayna məktəblərində davam etdirə bilməyən və Gürcüstanda təhsillərini davam etdirmək arzusunda olan məktəblilər asanlaşdırılmış formada Gürcüstan məktəblərinə qəbul olacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayır.

“Gürcüstanda təhsilini davam etdirmək istəyənlər istədikləri məktəbə müraciət edə bilərlər.  Gürcüstan, digər ölkələr kimi, Ukraynadan olan tələbələrə dövlət və özəl məktəblərdə həm dövlət, həm də digər dillərdə təhsil almağı təklif edəcək. Qeyd edək ki, mövcud qaydalara əsasən, təhsilini Gürcüstan məktəbində davam etdirmək istəyən əcnəbi vətəndaş öz ölkəsində təhsil almış kimi tanınmaq üçün Gürcüstan Milli Keyfiyyətin İnkişafı Mərkəzinə müraciət etməli və müxtəlif növ sənədlər təqdim etməlidir. Təhsil və elm nazirinin qərarına əsasən, tənzimləmə Ukraynadan gələn tələbələrə şamil edilmir və onlar sadələşdirilmiş qaydada Gürcüstanda təhsillərini davam etdirə biləcəklər. Ətraflı məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyinin qaynar xəttindən əldə etmək olar: (995 32) 2 200 220”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →