—

Rus işğalçıları Ukraynanın bu şəhərinin merini və onun müavinini əsir götürüblər

416
Rus işğalçıları Ukraynanın bu şəhərinin merini və onun müavinini əsir götürüblər
Dinləmək üçün basın

Ukraynanın xarici işlər naziri Dmitri Kuleb bildirib ki, ruslar Xerson vilayətinin Skadovski liman şəhərinin meri Aleksandr Yakovlievi və onun müavini Yuri Palyuxu oğurlayıblar. lnterPress. ge xəbər verir ki, bu barədə…

Ukraynanın xarici işlər naziri Dmitri Kuleb bildirib ki, ruslar Xerson vilayətinin Skadovski liman şəhərinin meri Aleksandr Yakovlievi və onun müavini Yuri Palyuxu oğurlayıblar.
 
lnterPress. ge xəbər verir ki, bu barədə  Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün tviter səhifəsində məlumat yayıb.

“Rus işğalçıları Ukraynada demokratik yolla seçilmiş yerli liderləri qaçırmaqda davam edir. Skadovskinin meri Aleksandr Yakovliev və onun müavini Yuri Palyux bu gün oğurlanıb. "Dövlətlər və beynəlxalq təşkilatlar Rusiyadan oğurlanmış bütün Ukrayna rəsmilərini dərhal azad etməyi tələb etməlidirlər", -  deyə Kuleb yazıb.

Xatırladaq ki, Rusiya hərbçilərinin Ukrayna rəsmilərini oğurlaması ilk dəfə deyil. Bir neçə gün əvvəl işğalçılar Dneprudnoe şəhərinin meri Yevgeni Matveyevi və Melitopol meri İvan Fedorovu qaçırıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →