—

İrakli Ğaribaşvili Ukraynaya səfər edəcəkmi?- Kobaxidze cavablayır

512
İrakli Ğaribaşvili Ukraynaya səfər edəcəkmi?- Kobaxidze cavablayır
Dinləmək üçün basın

"Baş nazir İrakli Ğaribaşvilinin Ukraynaya mümkün səfəri məsələsi Gürcüstanın beynəlxalq tərəfdaşları da daxil olmaqla, geniş məsləhətləşmələr əsasında həll edilməlidir".

"Baş nazir İrakli Ğaribaşvilinin Ukraynaya mümkün səfəri məsələsi Gürcüstanın beynəlxalq tərəfdaşları da daxil olmaqla, geniş məsləhətləşmələr əsasında həll edilməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzenin “Gürcü Arzusu”nun ofisində keçirdiyi brifinqdə jurnalistlərə izah etdiyinə görə, bu məsləhətləşmələr ilk növbədə təhlükəsizlik risklərinin təhlilinə əsaslanmalıdır.

“Ukraynaya mümkün səfərə gəlincə, istənilən belə məsələ beynəlxalq tərəfdaşlarımız da daxil olmaqla, geniş məsləhətləşmələr əsasında həll edilməlidir. Təbii ki, bu məsləhətləşmələr ilk növbədə təhlükəsizlik riskinin təhlilinə əsaslanmalıdır. Belə məsləhətləşmələr, o cümlədən beynəlxalq tərəfdaşlarla aparılan zaman biz öz mövqeyimizi bildirə biləcəyik”, - deyə Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →