—

Mixail Podolyak: "Rusiyada istənilən etiraz həbsxanaya birbaşa yoldur"

320
Mixail Podolyak: "Rusiyada istənilən etiraz həbsxanaya birbaşa yoldur"
Dinləmək üçün basın

''Rusiya tam azad deyil. İstənilən etiraz həbsxanaya birbaşa yoldur''.

''Rusiya tam azad deyil. İstənilən etiraz həbsxanaya birbaşa yoldur''.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın Birinci Kanalının redaktorunun etirazına  öz tviter səhifəsində belə cavab verib.

Podolyakın sözlərinə görə, Marina Ovsyannikovanın hərəkəti təqdir ediləndir.

“Rusiya tam azad deyil. Onların azad mediası, siyasi rəqabəti, etirazları yoxdur. İstənilən etiraz, həbsxanaya birbaşa yoldur. Daha qiymətli olan Marina Ovsyannikovanın davranışıdır, o, çoxmilyonluq auditoriyaya Ukraynaya qarşı  Rusiyanın dağıdıcı müharibəsi haqqında həqiqətləri söyləyib”,- deyə Padolyak bildirib.

Xatırladaq ki, Rusiyanın Birinci Kanalının redaktoru Marina Ovsyannikova əsas xəbərlər proqramının canlı yayımı zamanı plakatla Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz etib. Etirazdan az sonra Ovsyannikova saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →