—

Ukrayna Prezidenti Şarl Mişellə növbəti danışıqlar aparıb

315
Ukrayna Prezidenti Şarl Mişellə növbəti danışıqlar aparıb
Dinləmək üçün basın

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.

InterPress.ge xəbər verir ki, dövlət başçısı bu barədə tviterdə yazıb.

Tərəflər Rusiya Federasiyasına təzyiqin artırılması tədbirləri və Ukraynanın Aİ-yə üzvlüyü məsələlərini müzakirə ediblər.

“Növbəti beynəlxalq danışıqlar. Biz Avropa Şurasının prezidenti Şarl Mişel ilə Ukraynaya maliyyə dəstəyinin gücləndirilməsini müzakirə etdik. Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı gələcək danışıqlar prosesinə xüsusi diqqət yetirildi”, - Zelenski sosial şəbəkə hesabında vurğulayıb.

Bundan əlavə, Ukrayna prezidenti Böyük Britaniya və Çexiyanın baş nazirləri Boris Conson və Petr Fiala ilə telefon danışığı aparıb.

Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb. Şarl Mişel bundan sonra bildirib ki, üzvlüklə bağlı Avropa İttifaqında konsensus yoxdur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →