—

Bu gün Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənə bilər

295
Bu gün Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənə bilər
Dinləmək üçün basın

Rusiyaya qarşı yeni sanksiyalar martın 14-də təsdiqlənə bilər.

InterPress.ge xəbər verir ki, bu gün Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin yekunlaşdırılması və təsdiqlənməsi gözlənilir.

Artıq Avropa Komissiyası və Avropa Xarici Siyasət Xidməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hazırlanmış yeni sanksiyalara dair təkliflərini təqdim ediblər.

Bundan əvvəl Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı dördüncü sanksiyalar paketinin tətbiq olunacağını bəyan etmişdi. Bu da Rusiyanı qlobal iqtisadi sistemdən daha da təcrid edəcək. Bu paketin bir hissəsi kimi Aİ Rusiyadan əsas polad məhsullarının idxalını və öz ölkələrindən Rusiyaya bütün lüks malların ixracını qadağan etmək niyyətindədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →