Ukraynanın milli enerji şirkəti “Ukrenerqo” Çernobıl AES-in təmirini başa çatdırıb və elektrik enerjisinin verilməsini bərpa edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
“Ukrenerqo” teleqram kanalının məlumatına görə, ukraynalı mütəxəssislər Çernobıl AES-in və Slavutiç şəhərinin təmirini başa çatdırıb və elektrik enerjisini bərpa ediblər.
Xatırladaq ki, Çernobıl Atom Elektrik Stansiyasının elektrik sistemi martın 9-da Rusiyanın hücumu zamanı zədələnmişdi.
