—

Gürcüstan Parlamentinin üzvü Ukraynada ruslara qarşı vuruşduğunu açıqladı

674
Gürcüstan Parlamentinin üzvü Ukraynada ruslara qarşı vuruşduğunu açıqladı
Dinləmək üçün basın

"Mən bu döyüşə uzaqdan baxa bilmədim, ona görə də buradayam, Ukraynada, Könüllü Döyüşçülərin Xarici Legionundayam."

"Mən bu döyüşə uzaqdan baxa bilmədim, ona görə də buradayam, Ukraynada, Könüllü Döyüşçülərin Xarici Legionundayam."

InterPress.ge xəbər verir ki, “Vətəndaşların” lideri, deputat Aleko Elisaşvili “Könüllü döyüşçülərin xarici legionu”nda Ukraynada olduğunu deyir.

O, Facebook-da paylaşdığı açıqlamada yazır ki, o, döyüşü uzaqdan izləyə bilməyib.

"Mən heç vaxt biganə olmamışam. Başqalarının kədərinə və əzabına uzaqdan baxacaq şəkildə yaşaya bilməzdim. İndi ukraynalılar mübarizə aparırlar. Onlar bizim ümumi düşmənimizə qarşı vuruşurlar. Mən bu döyüşə uzaqdan baxa bilməzdim. Ona görə də mən burada Ukraynadayam. Könüllü döyüşçülərdən ibarət xarici legiondayam. Biz düşməni məğlub etməliyik. Ukraynaya eşq olsun! Gürcüstana eşq olsun!"- Elisaşvili yazır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →