—

Zelenski Qərbə xəbərdarlıq etdi

570
Zelenski Qərbə xəbərdarlıq etdi
Dinləmək üçün basın

Şənbə günü - martın 12-də razılaşdırılmış və işlək bütün humanitar dəhlizlər üzrə daha 12 729 nəfər təxliyə edilib.

Şənbə günü - martın 12-də razılaşdırılmış və işlək bütün humanitar dəhlizlər üzrə daha 12 729 nəfər təxliyə edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Razılaşdırılan bütün humanitar dəhlizlər işləyib. Biz bu gün (dünən-red) 12 729 nəfəri çıxara bildik. Mariupol üçün humanitar yük sabah (bazar günü - red.) günorta olmalıdır. Marşrutun mürəkkəbliyinə görə Berdyanskda gecələmək lazım gəldi”, - Prezident deyib.

Zelenski həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət Ukraynaya böyük dəstək və yardım göstərməlidir, çünki Rusiyanın müharibəsi təkcə Kiyevə qarşı deyil, həm də digər Avropa güclərinə qarşı yönəlib.

"Daim, hər dəfə dostlarımıza və xarici tərəfdaşlarımıza təkrar edirəm ki, onlar dövlətimiz, Ukrayna, xalq, insanlar üçün daha çox iş görsünlər. Çünki bu, təkcə Ukrayna üçün deyil, bu, Avropada sizin hamınız üçündür. Dinc şəhərləri qəsdən bombalayan şər, hətta təcili yardım maşınlarına da atəş açıb xəstəxanaları uçuran bəla - yalnız bir ölkədə dayana bilməz” - Prezident vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →