—

Ceyhun Bayramov: “Silahlı Qüvvələrimiz erməni təxribatlarına adekvat cavab verəcək”

467
Ceyhun Bayramov: “Silahlı Qüvvələrimiz erməni təxribatlarına adekvat cavab verəcək”
Dinləmək üçün basın

“Sülhməramlıların müvəqqəti olduğu Azərbaycan ərazisində Ermənistan hərbçiləri tərəfindən törədilən təxribatların əsas səbəbi birmənalı şəkildə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır. Çünki…

“Sülhməramlıların müvəqqəti olduğu Azərbaycan ərazisində Ermənistan hərbçiləri tərəfindən törədilən təxribatların əsas səbəbi birmənalı şəkildə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır. Çünki 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin orada yerləşdirilməsi ilə paralel olaraq Ermənistan hərbçiləri həmin ərazidən tam çıxarılmalı idi. Biz görürük ki, onlar tam çıxarılmayıb”.

InterPress.ge xəbər verir ki, bu fikirləri “Haber Global”a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Əlavə olaraq bizim hərbçilərimiz vaxtaşırı erməni hərbçilər tərəfindən bəlli mühəndis istehkam işlərinin aparılmasını müşahidə edirlər. Yəni onlar öz mövqelərini yaxşılaşdırmaq istəyirlər. Təbii, hər kəs başa düşür ki, Azərbaycan ərazisində bunu etmək qəbuledilməzdir və bu barədə onlara dəfələrlə xəbərdarlıq olunub. Buna cavab olaraq onlar tərəfindən təxribatlar törədilir. Belə olan təqdirdə təbii ki, Azərbaycan Silahlı Qüvvələri buna adekvat cavab verirlər və verəcəklər”, - Ceyhun Bayramov əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →