—

Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli yolunu açıqlayıb

658
Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli yolunu açıqlayıb
Dinləmək üçün basın

Rəsmi Moskva və Kiyev münaqişəni yalnız iki ölkə prezidentləri arasında birbaşa dialoq yolu ilə həll edə bilər.

Rəsmi Moskva və Kiyev münaqişəni yalnız iki ölkə prezidentləri arasında birbaşa dialoq yolu ilə həll edə bilər.

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BİLD qəzetinə müsahibəsində bildirib.

“Məsələ mənim nəyə gedə biləcəyimdə deyil. Hər danışıqda məqsədim Rusiya ilə müharibəni bitirməkdir. Mən də müəyyən addımlar atmağa hazıram. Güzəştə getmək olar, amma bunlar mənim ölkəmə xəyanət olmamalıdır. Qarşı tərəf də güzəştə getməyə hazır olmalıdır, ona görə də onlara kompromislər deyilir.

Biz vəziyyətdən yalnız belə çıxa bilərik. Hələlik detallar barədə danışa bilmərik", - dövlət başçısı vurğulayıb.

"Hələ prezidentlə (Rusiya Prezidenti Vladimir Putin-red) aramızda birbaşa əlaqəmiz olmayıb. Yalnız iki prezident arasında birbaşa danışıqlardan sonra bu müharibəyə son qoya bilərik”, - Zelenski deyib.

Qeyd edək ki, Zelenskinin Ofisi münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazır olduğunu açıqlayıb. Ofis rəhbərinin müavini İqor Jovkv qeyd edib ki, Kiyev təhlükəsizlik zəmanəti ilə təmin olunacağı təqdirdə, ölkənin neytral statusunu müzakirə etməyə hazırdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →