—

Ukrayna Avropa İttifaqının enerji şəbəkəsinə qoşulur

377
Ukrayna Avropa İttifaqının enerji şəbəkəsinə qoşulur
Dinləmək üçün basın

Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmaq niyyətindədir.

InterPress.ge xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib.

“Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıq yanmağa davam etsin. Biz bu ölkəyə yanacaq və generatorlar verməklə kömək etməyə davam edirik”, - o əlavə edib.

Avropa Komissiyasının təqdim etdiyi plan Avropa İttifaqının Rusiyadan 2030-cu ilə qədər neft və kömür, eləcə də bu ilin sonuna qədər Rusiya qazının idxalının üçdə ikisindən imtina etməyi nəzərdə tutur.

Bu plana tədarüklərin şaxələndirilməsi, alternativ enerji mənbələrinə keçidin sürətləndirilməsi və Avropa İttifaqının enerji səmərəliliyinin artırılması daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →