—

Müxalifət partiyalarının bu günə təyin etdikləri aksiya təxirə salındı - SƏBƏB?

1,290
Müxalifət partiyalarının bu günə təyin etdikləri aksiya təxirə salındı - SƏBƏB?
Dinləmək üçün basın

Gürcüstanın müxalifət partiyalarının bu gün Tbilisidə, parlamentin binası qarşısına təyin etdikləri etiraz aksiyası təxirə salınıb.

Gürcüstanın müxalifət partiyalarının bu gün Tbilisidə, parlamentin binası qarşısına təyin etdikləri etiraz aksiyası təxirə salınıb.

InterPress.ge xəbər verir ki, buna səbəb ötən axşam Kutaisi şəhəri yaxınlığındakı Bağdati kəndində yaşayış evində baş verən yanğında dördü uşaq olmaqla altı nəfərin ölməsidir.

Müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib ki, aksiya faciəvi hadisə zamanı həyatlarını itirənlərin xatirəsinə ehtiram olaraq keçirilməyəcək.

Qeyd edək ki, ölkə parlamentində bu gün yaz sessiyası açılacaq. Müxalifət partiyaları demokratik seçki sistemi tələbi ilə bu gündən qanunverici orqanın binası qarşısında etiraz aksiyalarını bərpa etməyi planlaşdırırdı.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →