—

Zelenski: "Krım və Donbas məsləsini müzakirə edib, uzlaşa bilərik"

505
Zelenski: "Krım və Donbas məsləsini müzakirə edib, uzlaşa bilərik"
Dinləmək üçün basın

“Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik”.

“Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik”.

InterPress.ge xəbər verir ki, bunu Ukrayana Prezidenti Volodimir Zelenski ABŞ-ın “ABC News” telekanalına müsahibəsində jurnalistin Krımın və Donbasın tanınması ilə bağlı sualına cavabında bildirib.

“Rusiya hərbçilərinin qarşılarına qoyduğu çox ciddi tapşırıq var - bu gün buradadır (Ukraynanı nəzərdə tutur - red.), sabah Polşa, Almaniyada ola bilər.

ABŞ Prezidenti Cozef Baydenə ən əhəmiyyətli məsələnin hava məkanının təhlükəsizliyi olduğunu söylədim. Çünki bizi bombalayrılar. Dünən Rusiyanın bir raketi Xarkov şəhərində universitet binasına düşdü. Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Şərq canavarı olaraq tanınan Rusiya işğaldan doymayacaq.

Məktəblər, nüvə obyektləri bombalanır. Məni buna əmr verənləri də, onu icra edənləri də cinayətkar sayıram. Məni və ailəmi öldürmək üçün dəstələr göndəriblər. Ancaq mən Kiyevi tərk etməyəcəyəm”, - Volodimir Zelenski bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →