—

G7 ölkələri Rusiyadan idxala məhdudiyyətlər tətbiq edəcək

313
G7 ölkələri Rusiyadan idxala məhdudiyyətlər tətbiq edəcək
Dinləmək üçün basın

G7 (Böyük Yeddilər) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək.

G7 (Böyük Yeddilər) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.

“İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır”, - Dombrovskis vurğulayıb.

Onun sözlərinə görə, G7 dövlətləri Rusiya və Belarusla ticarətdə ən əlverişli dövlət rejiminin ləğvini elan etməyə hazırdırlar və digər ölkələr də onlara qoşula bilər.

“Kanada artıq bunu elan edib, belə bir qərarın qəbulu üçün G7 səviyyəsində və daha geniş şəkildə iş gedir. Bu, yaxın günlərin məsələsi ola bilər”, - deyə siyasətçi əlavə edib.

Enerji sektorundakı məhdudiyyətlərdən danışan Dombrovskis qeyd edib ki, variantların heç biri gündəmdən düşmür, lakin indi gələn qışa hazırlaşmaq lazımdır.

Qeyd edək ki, Ukrayna Aİ və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalara çağırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →