—

Ukrayna Baş Qərargahı: "Rusiya beynəlxalq humanitar hüququ pozur"

322
Ukrayna Baş Qərargahı: "Rusiya beynəlxalq humanitar hüququ pozur"
Dinləmək üçün basın

Rusiya hərbçiləri Ukraynada hücum əməliyyatını davam etdirir və ölkənin yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirir.

Rusiya hərbçiləri Ukraynada hücum əməliyyatını davam etdirir və ölkənin yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirir.

lnterPress.ge xəbər verir ki,  bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

Məlumata görə, Rusiya qüvvələri hücumlar həyata keçirmək üçün hələ də Belarus aerodromları şəbəkəsindən istifadə edir.

“Rusiya qüvvələri hiyləgər  davranaraq beynəlxalq humanitar hüququ pozur, mülki əhalini, yaşıl dəhlizləri bombalayır, qadınları, uşaqları əsir götürür, şəhər məhəllələrinə texnika və sursat yerləşdirir eləcə də süni şəkildə humanitar böhran yaradırlar.  Məsələn, İrpin şəhəri üç gündən artıqdır ki, işıqsız, susuz və istiliksiz qalır, onlara qida və su verilmir. İşğalçılar vətəndaşlara evlərini tərk etməyi də qadağan ediblər", - deyə  Baş Qərargahın bəyanatında bildirilir.

Baş Qərargah həmçinin izah edir ki, ruslar Rusiya telekanalları üçün işğalçıların saxta insanlığını və insanpərvərliyini vurğulayan səhnələşdirilmiş süjetlər hazırlayır və eyni zamanda Ukrayna silahlı qüvvələrinin hərəkətlərini mənfi şəkildə işıqlandırılan məzmun yaradırlar.

“Ukrayna müdafiə qüvvələri düşmənin hücumunun bütün istiqamətlərində mövqelərini qoruyur. Rusiya yerüstü texnikasını və hava zərbələrini məhv etməklə yanaşı, xeyli insan itkisi də verir. Əsgərləri əsir götürürük", - deyə  Baş Qərargah bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →