Visa beynəlxalq ödəniş sistemi Rusiyada fəaliyyətini dayandırıb.
InterPress.ge xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Qeyd olunub ki, Visa yaxın günlərdə əməliyyatları da bu ölkədə dayandıracaq.
Rusiyada buraxılan Visa kartları ölkədən kənarda, xarici maliyyə qurumları tərəfindən buraxılan kartlar isə Rusiyada işləməyəcək.
Eyni zamanda, Mastercard da Rusiyada fəaliyyətini dayandırdığını elan edib.
