—

KİV: “Volodimir Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub”

374
KİV: “Volodimir Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub”
Dinləmək üçün basın

“Son 1 həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatına azı 3 dəfə sui-qəsd cəhdi olub”.

“Son 1 həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatına azı 3 dəfə sui-qəsd cəhdi olub”.

InterPress.ge xəbər verir ki, bunu Böyük Britaniyanın “The Times” nəşri yazıb.

Məlumata görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlılarıdır.

Nəşrin xəbərinə görə, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibənin əleyhinə çıxan Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının sayəsində alınıb.

Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itki veriblər və ukraynalıların bunu necə müəyyənləşdirdiklərindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, V.Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “tükürpədici” olub.

Qeyd olunub ki, həmçinin fevralın 26-da Kiyevin kənarında məhv edilən çeçen muzdlulardan ibarət qrupun sui-qəsd cəhdinin qarşısı alınıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →