—

Elene Xoştaria: "Əlimizdən gələni edəcəyik ki sabah İrakli Ğaribaşvili binaya daxil olmasın"

2,121
Elene Xoştaria: "Əlimizdən gələni edəcəyik ki sabah İrakli Ğaribaşvili binaya daxil olmasın"
Dinləmək üçün basın

Rustaveli meydanında Ukraynaya dəstək aksiyasına toplaşan vətəndaşlar, siyasi partiyaların üzvləri və vətəndaş fəalları Rustaveli prospektində gecələyiblər.

 Rustaveli meydanında Ukraynaya dəstək aksiyasına toplaşan vətəndaşlar, siyasi partiyaların üzvləri və vətəndaş fəalları Rustaveli prospektində gecələyiblər.

InterPress.ge xəbər verir ki, bu barədə
Droa partiyasının lideri Elene Xoştariya bildirib.

Onun aksiyada çıxışında qeyd etdiyinə görə, etirazçılar baş nazir İrakli Ğaribaşvilinin binaya daxil olmasının qarşısını almaq üçün sabah saat 08:00-da hökumət administrasiyasına toplaşacaqlar.

“Gəlin burada birlikdə durub sabah səhər deyək ki, İrakli Ğaribaşvili bu kanselariyaya daxil ola bilməyəcək.  Biz əlimizdən gələni edəcəyik ki, burada müvafiq şərait yaradılsın, qüvvələr toplansın və Ğaribaşvili səhər saat 08:00-da kanselariyaya daxil olmasın”, - Elene Xoştariya bildirib.

Droa lideri Elene Xoştarianın sözlərinə görə, partiyalar və ictimai qruplar razılaşaraq İrakli Ğaribaşvilinin istefasını, Gürcüstanın Rusiyaya səmanı bağlamasını və Ukraynaya açmasını eləcə də Gürcüstanın Aİ-yə üzvlük üçün müraciət etməsini tələb ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →