—

Volodimir Zelenski: "Rus hərbçiləri uşaqlarımızı öldürdülər"

472
Volodimir Zelenski: "Rus hərbçiləri uşaqlarımızı öldürdülər"
Dinləmək üçün basın

"Mən indi canları bahasına ölkəni müdafiə edən, birliyi, azadlığı müdafiə edən Ukrayna vətəndaşlarından danışıram. Mən çox şadam ki, biz bu gün hamımızı - Aİ ölkələrini birləşdirmişik, amma bunun belə bir mühitdə…

"Mən indi canları bahasına ölkəni müdafiə edən, birliyi, azadlığı müdafiə edən Ukrayna vətəndaşlarından danışıram. Mən çox şadam ki, biz bu gün hamımızı - Aİ ölkələrini birləşdirmişik, amma bunun belə bir mühitdə olacağını bilmirdim. Bu vəziyyət mənim və bütün ukraynalılar, dövlət üçün də faciədir".

InterPress.ge xəbər verir ki, bu barədə
Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentindəki çıxışında deyib.

Onun sözlərinə görə, Putin mülki əhalinin öldürüldüyü zaman yalnız hərbi infrastrukturun məhv ediləcəyini qeyd edib.

"16 uşağımız öldürülüb və prezident Putin deyir ki, bu, bir növ "əməliyyatdır" və yalnız hərbi infrastruktur bombalanır. Rus hərbçiləri uşaqlarımızı öldürdülər".

Avropa Parlamentinin deputatları Ukrayna prezidentinin çıxışını uzun sürən alqışlarla qarşılayıblar. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →