—

Kelli Deqnan: "Biz Ukraynanı dəstəkləməyə və birliyi qorumağa davam edəcəyik"

334
Kelli Deqnan: "Biz Ukraynanı dəstəkləməyə və birliyi qorumağa davam edəcəyik"
Dinləmək üçün basın

"Bütün beynəlxalq ictimaiyyət Rusiyanın təcavüzünə müqavimət göstərib. Gürcüstan Rusiyanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmasını qətiyyətlə pisləyib".

"Bütün beynəlxalq ictimaiyyət Rusiyanın təcavüzünə müqavimət göstərib. Gürcüstan Rusiyanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmasını qətiyyətlə pisləyib".

lnterPress.ge xəbər verir ki , bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan parlamentin spikeri Şalva Papuaşvili ilə görüşdən sonra deyib.

Səfirin sözlərinə görə, Ukraynaya dəstək davam edəcək, çünki birlik indi beynəlxalq ictimaiyyətin Rusiyaya verə biləcəyi ən mühüm mesajdır.

“Cənab Papuaşvili ilə çox faydalı görüş keçirdim. Biz Vaşinqtonda məsləhətləşmələri, eləcə də Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdik. Vaşinqtonda keçirdiyim görüşlər zamanı aydın oldu ki, Gürcüstanın Avro-Atlantik yola geniş dəstəyi davam edir və gələcəkdə də davam edəcəkdir. Açığı, biz Rusiyanın yaratdığı böhrandan çox narahatıq, minlərlə insan didərgin düşüb, yüzlərlə insan yaralanıb, bu, Rusiyanın yaratdığı və başlatdığı müharibədir. Ukrayna xalqının cəsarətli cavabı bizi ruhlandırır. Bütün beynəlxalq ictimaiyyət Rusiyanın təcavüzünə müqavimət göstərdi və Gürcüstan Rusiyanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmasını yüksək səslə pislədi. Biz beynəlxalq ictimaiyyətin tətbiq etdiyi sanksiyaları gördük. Biz Ukraynanı dəstəkləməyə və birliyi qorumağa davam edəcəyik. Bu anda Rusiyaya göndərə biləcəyimiz ən vacib mesaj birlikdir'',- deyə Deqnan bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →