—

Aİ Ukraynaya misli görünməmiş yardım ayırdı

995
Aİ Ukraynaya misli görünməmiş yardım ayırdı
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) Ukraynaya 450 milyon avro məbləğində dəyərində öldürücü silahlar verəcək.

Avropa İttifaqı (Aİ) Ukraynaya 450 milyon avro məbləğində dəyərində öldürücü silahlar verəcək.

Bu barədə InterPress.ge Ukrayna mətbuatına istinadən xəbər verir.

“Tammiqyaslı müharibə davam etdiyi üçün biz Ukraynanı dəstəkləmək üçün hər şeyi etmək istəyirik, qərara gəldik ki, Ukrayna ordusuna 450 milyon avro dəyərində ümumi dəstək paketi və daha 50 milyon qeyri-silah yardım paketi - yanacaq, qoruyucu vasitələrlə yardım göstərmək üçün imkanlarımızdan istifadə edək”, - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Borrelin sözlərinə görə, bütün bunlar Avropa Fondunun imkanları hesabına qarşılanacaq. “Tarixdə ilk dəfədir ki, biz bunu edirik və hamı bununla razılaşdı, ən azı bu qərara mane olmadılar”, - ali nümayəndə vurğulayıb.

O, həmçinin bu materialların Ukraynaya çatdırılması üçün öz xidmətlərini təklif edən Polşaya təşəkkür edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →