—

Zelenski Ukraynadakı xarici vətəndaşlara çağırış etdi

1,424
Zelenski Ukraynadakı xarici vətəndaşlara çağırış etdi
Dinləmək üçün basın

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə dövlət başçısının Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciətində deyilir.

Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. O, qeyd edib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib XXI əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər.

Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →