—

Sanksiyaya məruz qalan Rusiya bankları SWIFT-dən çıxarılacaq

378
Sanksiyaya məruz qalan Rusiya bankları SWIFT-dən çıxarılacaq
Dinləmək üçün basın

Beynəlxalq sanksiyalara məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər banklar da SWIFT maliyyə sistemindən çıxarılacaq.

Beynəlxalq sanksiyalara məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər banklar da SWIFT maliyyə sistemindən çıxarılacaq.

InterPress.ge xəbər verir ki,bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti Qərb liderlərinin şənbə günü axşam (26 fevral) baş tutan danışıqlarından sonra bildirib.

Qeyd olunub ki, ABŞ, Fransa, Kanada, İtaliya, Böyük Britaniya, Avropa Komissiyası və Almaniya Ukraynada rus qoşunlarının davam edən hücumlarına cavab olaraq Rusiyaya qarşı əlavə sərt maliyyə sanksiyaları tətbiq etmək qərarına gəliblər:

“Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılacaq. Bu, həmin qurumları beynəlxalq maliyyə axınlarından təcrid etmək məqsədi daşıyır ki, bu da onların qlobal fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →